Oğuzda yanğın olub


Digərləri 23 May 2018 22:49:00 270 0

Oğuzda yanğın olub

Oğuz rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Xaçmaz kəndində Meşə təsərrüfatı idarəsinin ərazisində 0,9 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.