Tramp Kim Çen Inla görüşün vaxtından danışıb


Dünya 23 May 2018 22:30:00 377 0

Tramp Kim Çen Inla görüşün vaxtından danışıb

Son.az report.az-a istinadən bildirir ki, ABŞ prezidenti Donald Tramp güman edir ki, o, Kim Çen Inla Sinqapurda təşkil olunacaq sammitdə görüşəcək.

"Bu, iyunun 12-də olar bilər, baxarıq. Gələn həftə biləcəyik", - deyə o, jurnalistlərə bildirib.

ABŞ və Şimali Koreya liderləri sammitdə tarixdə ilk dəfə olaraq iki ölkə arasında münasibətlərin normallaşdırılmasını və KXDR-in nüvə-raket sınaqlarının dayandırılmasını müakirə edəcəklər.