Uşaq İncəsənət məktəbi hesabat konserti keçirib (FOTO)


Digərləri 23 May 2018 21:27:12 295 0

Uşaq İncəsənət məktəbi hesabat konserti keçirib (FOTO)

"Tarix yazan şəxsiyyət" adlı hesabat konserti keçirilib.

Bakı. 5 nömrəli Uşaq İncəsənət məktəbində ulu öndər Heydər Əliyevin 95 illik yubleyinə həsr olunmuş "Tarix yazan şəxsiyyət" adlı hesabat konserti keçirilib. Trend-in məlumatına görə, konsertə Bakı Şəhər Mədəniyyət Baş İdarəsini rəisi Vuqar Zeynalov və digər əməkdaşlar, Bakı musiqi məktəblərinin direktorları və başqa qonaqlar iştirak ediblər. İlk öncə məktəbin şagirdlərinin əl işləri və rəsmlərindən ibarət sərgi ilə tanışlıq olub. Daha sonra konserti incəsənət şöbəsinin müəllimi Aynurə Haqverdiyeva açıq elan edərək ulu öndər Heydər Əliyevin incəsənətə və mədəniyyətə göstərdiyi qayğıdan, keçdiyi həyat yolundan məlumat verib.