İlk telefon haqqında MARAQLI FAKTLAR


Digərləri 23 May 2018 21:15:00 285 0

İlk telefon haqqında MARAQLI FAKTLAR

Bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonların harda, nə zaman və kim tərəfindən ixtira edildiyi haqqında çox az insan məlumatlıdır. Bu cihaz vasitəsilə insanlar bir-birilə əlaqə saxlayır, musiqiyə qulaq asır, şəkil və video çəkir, sosial şəbəkələrdən faydalanır. Eyni zamanda müxtəlif fərqli xidmətlərdən də istifadə edilə bilir. Həyatımızın ayrılmaz parçasına çevrilən bu mükəmməl cihazı ixtira edən mükəmməl adam isə amerikalı alim Martin Kuper olub.

Son.az mobil telefonlar haqqında maraqlı faktları təqdim edir:

1928-ci ilin 26 dekabrında Ukraynadan ABŞ-ın Çikaqo ştatına mühacirət etmiş yəhudi ailəsində dünyaya gəlib. 1950-ci ildə İllinoys Texnologiya İnstitutunun mühəndis-elektrotexnika fakültəsini bitirən M.Kuper ABŞ-ın Hərbi-Dəniz Qüvvələrində zabit kimi xidmət etməyə başlayıb. Koreya müharibəsindən sonra Martin teletaypın yaradılması üzərində iş həyata keçirən "Western Electric" şirkətində işə düzəlir. Lakin 1954-cü ildən o, "Motorola" şirkətində işə başlayır. O, İllinoys Texnologiya İnstitutunda elektrotexnika üzrə magistr dərəcəsinə layiq görülür və şirkətdə çalışmaqla yanaşı, pedaqoji fəaliyyətlə məşğul olmağı unutmur. Kuper "Motorola" şirkətində avtomobil radiotelefon şəbəkəsinin təkmilləşdirilməsi ilə məşğul olurdu. Bu vasitə tamamilə böyük və narahat olmasına baxmayaraq çox məşhur idi və bu məşhurluq sürətlə artmaqda davam edirdi.

M.Kuperə mobil rabitənin yaradılmasına stimul verən əsas ideyalardan biri , hələ 1946-cı ildə "AT&T Bell Labs" şirkətində ağlına gəlmişdi. O zaman bu firma dünyada ilk radiotelefon xidmətini yaratdı: bu, telefonun və radioötürücünün hibridi idi - maşında qurulmuş radiostansiyanın köməyi ilə ATS-də siqnalı vermək və adi telefon zəngini etmək mümkün idi. Radiotelefona zəng daha mürəkkəb yolla olurdu: abunəçiyə telefon stansiyasına zəng vurmaq və maşında qurulmuş telefon nömrəsini bildirmək lazım idi. Radiotelefonların imkanları məhdud idi: maneələr və radiostansiyanın kiçik hərəkət radiusu problem yaradırdı. 1960-cı illərin əvvəllərinə kimi şirkətlər mobil rabitənin yaradılması sahəsində araşdırmalar keçirməkdən imtina edirdilər. Onlar elə düşünürdülər ki, prinsip etibarilə, yığcam mobil telefon aparatı yaratmaq mümkün deyil. Həmçinin "AT&T" təcrübəsi də onların qarşısını kəsirdi. Belə ki, şirkət 1947-ci ildə "yol xidməti" sistemini yaratdı - o, radiotelefonları Nyu-York və Boston arasında daim səfər edən biznesmenlərə və sürücülərə təklif etdi. Beş il işdən sonra bu xidmət müştərilərin çatışmazlığına görə bağlandı. Amma təxminən 10 il "AT&T Bell Labs" və "Motorola" paralel olaraq mobil rabitənin yaradılması üstündə tədqiqatlar aparmağa başladılar. Nəticədə, "Motorola" Martin Kuperin sayəsində uğur qazanmağı bacardı və qalib gəldi.

Martin Kuperin texnologiya əsrini fəth edən möhtəşəm ixtirası

Kuper deyirdi ki, mobil telefonun ölçüsünü o qədər azaltmaq lazımdır ki, insanlar onu asanlıqla əldə daşıya bilsinlər. Lakin 20-ci əsrin 70-ci illərinin başlanğıcına qədər heç kəs buna nail olmamışdı. 1973-cü il 3 aprel tarixində "Motorola"nın rəqibi "Bell Laboratories" şirkətinin konstruktor bölməsində telefon zəngi eşidildi. "Tap, mən hardan zəng edirəm?" - dəstəkdə Martinin səsini tədqiqat bölməsinin başçısı Koel Enqel eşidir. - "Mən sənə əsl mobil telefondan zəng edirəm". Mobil telefondan edilən ilk zəng faktiki olaraq, telekommunikasiya sahəsində yeni dövrün başlanğıcı olub.

Mobil telefonun ilk modelinin hazırlanmasına şirkət tərəfindən 90 milyon dollar vəsait ayrılır. İlk yığcam telefonun ixtirasına qədər 14 kiloqramlıq telefonlardan istifadə edildiyi halda, yeni dövr telefonlarda bütün bu texnologiya 1 kq kiçik qutuya yerləşdirildi.


Xəbərə aid fotolar