"Youth Speak Forum" yekunlaşıb (FOTO)


Digərləri 23 May 2018 20:31:00 276 0

"Youth Speak Forum" yekunlaşıb (FOTO)

Beynəlxalq gənclər təşkilatı olan AIESEC Azərbaycan ən böyük tədbirini – "Youth Speak Forum"unu uğurla yekunlaşdırıb.

Bakı. Beynəlxalq gənclər təşkilatı olan AIESEC Azərbaycan ən böyük tədbirini – "Youth Speak Forum"unu uğurla yekunlaşdırıb. Trend-in məlumatına görə, forum Pullman Otelində baş tutub. Youth Speak Forumu Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri əsasında yaradılmış və insanları DİM barədə məlumatlandırmaq və agah etmək məqsədi daşıyan vasitələrdən biridir. Forum Azərbaycanın dövlət, ictimai və korporativ sektorlarının aparıcı şirkətlərindən yüksək ixtisaslı mütəxəssislər, natiqlər və Azərbaycan gənclərini bir araya toplamaqla, onları bir sıra müzakirələrə, fikir mübadiləsinə, seminarların keçirilməsinə və komanda işinə yönəldilmiş tədbirdir. Forumun açılış mərasimində BMTİP-nın Azərbaycandakı Rezident Nümayəndəsi Qulam İsakzai, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, "EY Azərbaycan"ın İnsan Resursları departamentinin rəhbəri Samira Şabanova və Forumun rəsmi qonağı olan Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə İş üzrə rəhbəri Fuad Babayev AIESEC Azərbaycan təşkilatının gənclər arasında fəal iştirakından bəhs ediblər. Bundan əlavə, AIESEC Azərbaycan təşkilatının sədri Aminə Məlikova və forumun layihə rəhbəri Elmira Allahverdiyeva bütün iştirakçılara dərin minnətdarlıqlarını bildiriblər və onlara səmərəli bir forum arzulayıblar.