Səddamın yaxtası otel oldu VİDEO FOTO


Digərləri 23 May 2018 20:18:00 250 0

Səddamın yaxtası otel oldu  VİDEO  FOTO

İraqın devrilmiş, mərhum lideri Səddam Hüseynin "Basrah Breeze" ("Bəsrə mehi") adlı superyaxtası indi Bəsrə limanında dənizçilər üçün otelə çevrilib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 82 metr uzunluğu olan superyaxta İran-İraq savaşı zamanı Səudiyyə Ərəbistanının əlinə keçmişdi. 1981-ci ildə inşa edilmiş bu yaxtanı Səudiyyə Ərəbistanı Körfəz Savaşı illərində də saxlamış, sonra İordaniyaya vermişdi.

Yaxta 2010-cu ildə İraqa qaytarılıb.

Yaxtada "prezident kayutası", qonaq və yataq otağı, habelə qonaqlar üçün 17 otaq, heyət və xidmətçilər üçün 18 kayuta var.


Xəbərə aid fotolar