Korrupsionerin evindən çıxan pulları saymaqla bitmir FOTO


Dünya 23 May 2018 19:42:00 296 0

Korrupsionerin evindən çıxan pulları saymaqla bitmir  FOTO

Malayziyanın hüquq-mühafizə orqanları keçmiş baş nazir, dövlət investisiya fondunun yüz milyonlarla dollar pulunu talamaqda ittiham edilən Nacib Razakın evindən ötən həftə aşkar edilən kisələrlə dolu nəğd pulun sayılmasını hələ də başa çatdıra bilməyib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, indiyə qədər 10 milyon rinqqit (2.5 milyon dollardan çox) sayılıb, amma keçmiş baş nazirin evində aşkar edilən nəğd pulun tam məbləği hələ məlum deyil. Çünki müstəntiqlər bir neçə pulsayan maşınla pulların sayılmasını və aktlaşdırılmasını davam etdirirlər.

Malayziya polisinin iqtisadi cinayətkarlığa dair təhqiqat İdarəsindəki mənbələrin bildirdiyinə görə pulların sayılması və uçota alınması üçün Mərkəzi bank da daxil olmaqla bir neçə strukturun nümayəndələrindən ibarət xüsusi qrup yaradılıb. Proses həm də ona görə uzun vaxt tələb edir ki, pullar müxtəlif valyutalarda saxlanılıb. Ona görə də hər kupyuru qeydə almaq lazım gəlir.