TREND İnformasiya Agentliyində Gürcüstan KİV nümayəndələri ilə görüş keçirilib FOTO


Siyasət 23 May 2018 19:47:00 304 0

TREND İnformasiya Agentliyində Gürcüstan KİV nümayəndələri ilə görüş keçirilib  FOTO

TREND Beynəlxalq İnformasiya Agentliyində Gürcüstanın KİV nümayəndələri ilə görüş keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, görüşdə www.kvira.ge saytının baş redaktoru Ketevan Xositaşvili, www.pia.ge saytının baş redaktoru Dmitri Tikaradze, www.primetime.ge saytının baş redaktoru Ketevan Xatiaşvili, www.reportiori.ge saytının baş redaktoru Giorgi Mamatsaşvili, www.reportiori.ge saytının baş redaktoru Tamar Lepsveridze, www.accent.com.ge saytının baş redaktoru Uça Kandelaki və www.commersant.ge saytının kommersiya direktoru Tata Dolidze iştirak edib.

Gürcüstan KİV nümayəndələrini salamlayan TREND İnformasiya Agentliyinin baş redaktoru İlahə Məmmədli onlara agentliyin fəaliyyəti, eləcə də onun məhsulları haqqında məlumat verib.

Qonaqlar da öz növbəsində, sıx əməkdaşlıq qurmağı təklif ediblər. Media nümayəndələri qeyd ediblər ki, agentliklər arasında informasiya mübadiləsi dezinformasiyanın yayılmasının qarşısını almaq baxımından çox faydalı ola bilər.