"Həmsədrlərlə razılaşdıq ki, yaxın vaxtlarda görüşüb, prosesi bərpa edək"


Siyasət 23 May 2018 19:26:00 321 0

"Həmsədrlərlə razılaşdıq ki, yaxın vaxtlarda görüşüb, prosesi bərpa edək"

"Ermənistan XİN ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə daxil olmağı gözləyir".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib.

Ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişib-dəyişmədiyi ilə bağlı sualı cavablandıran yeni nazir bildirib ki, onlar üçün danışıqlar prosesinin dinamikasını saxlamaq çox vacibdir: "Çünki sülh yolu ilə nizamlanmanı danışıqlar yolu ilə və ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirmək barədə tapşırığın əsasında bu dayanır. Biz razılaşdıq ki, yaxın vaxtlarda görüşüb, bütün bu prosesi bərpa etmək imkanımız olacaq".

Z. Mnatsakanyan həmsədrlərlə telefon danışığı apardığını söyləyib.