Manchester United rəqiblərini gücləndirmək fikrində deyil


İdman 23 May 2018 19:21:00 274 0

Manchester United rəqiblərini gücləndirmək fikrində deyil

Manchester United yay transfer pəncərəsində Antoni Marsialı satmağa hazırdır. Goal.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, "manikunianlar" fransalı futbolçunu təkcə Premyer Liqa klublarına satmaq istəmir. Onunla Chelsea və Tottenham maraqlanır. Marisalı A Seriyası klubları - Napoli və Juventus da heyətində görmək arzusundadır.

Geridə qalan mövsümdə 22 yaşlı hücumçu Premyer Liqanın 30 oyununda meydana çıxıb və 9 qol vurub.