Vəkil Akif Çovdarova bəraət istədi


Digərləri 23 May 2018 19:14:00 228 0

Vəkil Akif Çovdarova bəraət istədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində məhkəmə prosesi keçirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən təqsirləndirilən şəxs Səlim Məmmədov günahsız olduğunu bildirib və məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını istəyib. Digər təqsirləndirilən şəxs A.Çovdarovun vəkili də müvəkkilinə bəraət istəyib. Proses mayın 25-də davam edəcək.