Akif Çovdarovun vəsatətləri təmin edilməyib
Sosial 23 May 2018 18:58:08 256 0
Proses mayın 25-dək təxirə salınıb
"Report"un xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə qapalı keçirilən prosesdə ötən məhkəmə iclasında vəkillərin qaldırdığı vəsatətlər təmin edilmədiyi elan olunub.
Daha sonra A.Çovdarovun vəkili Kamandar Nəsibov çıxış edib. O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
A.Çovdarovun isə növbəti məhkəmə iclasında son söz deyəcəyi gözlənilir.
Proses mayın 25-dək təxirə salınıb.
Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin höküm ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apellyasiya şikayəti verib.
Bundan başqa, A.Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova da apellyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər.