"Rüstəm İbrahimbəyovun bu əməli “milli şura”nın öz fəaliyyətini antimilli ideyalar əsasında qurduğunu göstərir"


Digərləri 23 May 2018 18:48:00 270 0

"Rüstəm İbrahimbəyovun bu əməli “milli şura”nın öz fəaliyyətini antimilli ideyalar əsasında qurduğunu göstərir"

"Peşəsindən, cəmiyyətdəki sosial statusundan asılı olmayaraq, ümummilli məsələlərdə hər kəs vətəndaşlıq mövqeyi nümayiş etdirməli, dövlətçilik və milli maraqları hər şeydən uca tutmalıdır. Xalqımız hər zaman bu kimi məsələlərdə vahid mövqedən çıxış etməyi bacarıb. Təəssüf ki, "sapı özümüzdən olan" bəzi "baltalar" hələ də çirkin niyyətlərindən əl çəkmək fikrində deyillər. Daim Vətənə, xalqa qarşı təbliğat aparan bu cür ünsürlər erməni maraqlarına xidmət edirlər".

Son.az xəbər verir ki, bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, ssenari müəllifi Rüstəm İbrahimbəyov olan, 2015-ci ildə çəkilmiş "Qafqaz üçlüyü" filmində Azərbaycan xalqının vəhşi, qəddar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilərin isə sülhsevər kimi təqdim olunması R.İbrahimbəyov kimi antimilli ünsürlərin hansı qaranlıq mənbələrdən "qidalandığı"nı açıq şəkildə nümayiş etdirir: "Filmə diqqət yetirdikdə burada tarixi faktların, mövcud reallıqların, baş verən hadislərin təhrif olunduğunu, qərəzli və yalan məlumatların yer aldığını görürük. Rüstəm İbrahimbəyova sual vermək lazımdır, Dağlıq Qarabağda baş verən hadisələr, torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal olunması nə tez yadından çıxıb? Bəs Xocalı soyqırımı, qətlə yetirilən 613 Xocalı sakininin ruhu qarşısında necə cavab verəcəksən? Bütün bunları inkar etmək üçün ən azı erməni olmaq lazımdır".

"İki sahil" qəzetinin baş redaktoru vurğulayıb ki, filmin əvvəlində azərbaycanlı uşaqların qorxaq, erməni uşaqların isə mərd, güclü, geniş ürəkli obraz kimi təqdim olunması R.İbrahimbəyovun ermənilərin əlində alət olduğunu, onların çirkin maraqlarına xidmət etdiyini nümayiş etdirir: