Sumqayıtda 30-dan artıq evdə enerji təchizatı dayandırılıb


Digərləri 23 May 2018 18:42:00 285 0

Sumqayıtda 30-dan artıq evdə enerji təchizatı dayandırılıb

“Elektrik Enerjisindən İstifadə Qaydaları”nın tələbinə uyğun olaraq enerji təchizatı dayandırılıb.

Bakı. Sumqayıt şəhəri Asfalt zavod ərazisində (147-nömrəli Abşeron Ceyranbatan peşə məktəbinin arxasında) yerləşən fərdi yaşayış evlərinin 30-dan artıq sakinlərinin “Elektrik Enerjisindən İstifadə Qaydaları”nın tələbinə uyğun olaraq enerji təchizatı dayandırılıb. ”Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, adıçəkilən ərazidə məskunlaşmış sakinlər 147-nömrəli Abşeron Ceyranbatan peşə məktəbinin transformatorundan öz fərdi evlərinə qanunsuz olaraq elektrik xətləri çəkib, elektrik enrjisi təchizatı İdarəsində qeydiyyata düşməyib, bu günə qədər istehlak olunmuş enerji sərfinin dəyərini ödəməyiblər. ”Azərişıq” ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəhbərliyi və əməkdaşlarının dəfələrlə xəbərdarlıqlarına məhəl qoymayaraq elektrik enerjisi təchizatlarını qanunsuz bərpa ediblər.