Mərkəzi Bank yubiley pul nişanları hazırlayıb


Digərləri 23 May 2018 18:37:38 235 0

Mərkəzi Bank yubiley pul nişanları hazırlayıb

Bu gün Mərkəzi Bankda ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə yubiley pul nişanları hazırlanıb.

Bakı. Bu gün Mərkəzi Bankda ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə yubiley pul nişanları hazırlanıb. Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş xatirə pul nişanları çəkisi 1 troy unsiyası (31.1 qr) olan yüksək əyarlı qızıldan və platin-qızıl kombinasiyasından ibarətdir. Yubiley pul nişanının üzərində Azərbaycanın dövlət rəmzlərindən, eləcə də memarlıq, şəbəkə sənətində geniş yayılmış ornamentlərdən istifadə olunub. Pul nişanının ön hissəsində xüsusi relyefdə əks olunmuş Dövlət bayrağının fonunda Ulu Öndərin qızıl və platindən hazırlanmış portreti əks etdirilib. Arxa hissəsində isə Dövlət gerbi təsvir olunub. E.Rüstəmov eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim edib.