Azərbaycanda ilk dəfə olaraq Rusiya istehsalı olan helikopterlərin əsaslı təmiri həyata keçirilib


Digərləri 23 May 2018 18:26:00 354 0

Azərbaycanda ilk dəfə olaraq Rusiya istehsalı olan helikopterlərin əsaslı təmiri həyata keçirilib

"Silk Way Helicopter Services" şirkəti yanında Helikopterlərin Əsaslı Təmiri üzrə Servis Mərkəzi ilk dəfə olaraq Mi-8AMT/MTV tipli vertolyotların əsaslı təmirini həyata keçirmişdir.  Azərbaycanda belə mərkəzin yaradılması haqqında qərar 2016-cı ildə Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ("Azerbaijan International Defence Exhibition" - ADEX) zamanı verilmişdir.  Mərkəzin fəaliyyətinin birinci mərhələsi olaraq 6 noyabr 2017-ci  il tarixindən etibarən "SWHS" aviaşirkətinin baza aeroportu olan Zabrat Hava Limanında Rusiya istesalı olan Mi-8AMT/MTV vertolyotlarının əsaslı təmirinə başlanılmışdır. Təmir işləri Rusiyanın "356" saylı aviatəmir zavodunun (Engels şəhəri) mütəxəssisləri ilə birgə, habelə nəzarəti altında aparılmışdır. 

Mi-8AMT/MTV vertolyotların təmiri "Silk Way Helicopter Services" MMC-nin mütəxəssisləri ilə birgə yüksək peşəkarlıqla həyata keçirilmişdir. 

Avia təmir zavodunun təmir təlimatına əsasən sökülmüş və əsas aqreqatlar təmir olunması üçün 356- saylı zavoda göndərilmişdir. (Gələcəkdə bu avadanlıqların təmir edilməsi vertolyotların əsaslı təmirinin tərkib hissəsi kimi Bakı şəhərində nəzərdə tutulub). Həmçinin vertolyotun füzelyajı və elekto juqutlar defektasiya edildikdən sonra təmir edilmişdir.