Əli Həsənov: "Çox istərdim ki, hər bir azərbaycanlı haqqı, ədaləti və reallığı danan "məşhur ssenarist"ə münasibət bildirsin"


Digərləri 23 May 2018 18:08:00 213 0

Əli Həsənov: "Çox istərdim ki, hər bir azərbaycanlı haqqı, ədaləti və reallığı danan "məşhur ssenarist"ə münasibət bildirsin"

"Çox istərdim ki, hər bir azərbaycanlı haqqı, ədaləti və reallığı danan "məşhur ssenarist"ə münasibət bildirsin".

Son.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Facebook" səhifəsində ssenari müəllifi Rüstəm İbrahimbəyov olan "Qafqaz üçlüyü" filmi ilə bağlı yazıb.

Ə.Həsənov qeyd edib: "Mən çox istərdim ki, hər bir azərbaycanlı bu yazı ilə tanış olsun və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adi insani keyfiyyətlərini itirərək haqqı, ədaləti və reallığı danan bu "məşhur ssenarist"ə münasibət bildirsin.

Çox hörmətli kinorejissor Ayaz Salayevə əsl vətəndaşlıq mövqeyinə görə dərin təşəkkürümü bildirirəm".