Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verildi


Digərləri 23 May 2018 17:48:00 350 0

Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verildi

Bu gün 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) İnformasiya və Analitik Təhqiqatlar Şöbəsinin müdir müavini Səadət Zeynalovanın komissiyanın sədr əvəzi Vəli Hüseynova qarşı iddiası üzrə məhkəmə prosesi başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Miminat Hacıbəyovanın sədrliyi ilə keçirilən prosesdə S. Zeynalovanın vəkili Qubadəli Rzayev V. Hüseynovun hüquqi yardım göstərdiyi şəxs barəsində qanunsuz əmrlər verdiyini deyib.

Onun sözlərinə görə, sədr əvəzi əsassız olaraq professor Səadət Zeynalovanın iş yerini dəyişdirib və ona töhmət verib: "Ona qarşı qərəzli olaraq ittiham irəli sürüb ki, guya Səadət xanım Vəli Hüseynovun tapşırdığı işləri vaxtında yerinə yetirməyib. Struktur dəyişikliyi adı ilə onu elmi şöbədən texniki şöbəyə keçirib. Harada ki, texniki işçilər oturub. Guya bu yolla onu cəzalandırmaq istəyib".

Vəkil vəsatət qaldıraraq komissiyanın Humanitar və İctimai Elmlər Şöbəsinin və İnformasiya və Analitik Təhqiqatlar şöbəsinin səlahiyyətlərini təsdiq edən əsasnamənin məhkəməyə təqdim olunması istəyib.

AAK-ın nümayəndəsi Fazil Nəsibov isə verilən vəsatətin təmin olunmamasını istəyib.