"TürkmənistanAzərbaycan münasibətləri hüquq bərabərliyi, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır"


Siyasət 23 May 2018 17:24:00 274 0

"TürkmənistanAzərbaycan münasibətləri hüquq bərabərliyi, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır"

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün qardaş Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Türkmənistanda Azərbaycan Respublikası ilə hüquq bərabərliyi, qarşılıqlı səmərə, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk. Əminəm ki, qardaş ölkələrimiz arasında yaranmış əməkdaşlığın və qarşılıqlı anlaşmanın yüksək səviyyəsi xalqlarımızın rifahı naminə Türkmənistan-Azərbaycan ikitərəfli münasibətlərinin bundan sonra da durmadan inkişaf etməsi və möhkəmlənməsi üçün etibarlı təməl olacaq.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, şəxsi səadət və firavanlıq, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq diləyirəm".