Məhkəmə "Bulaq" restoranında silahlı insident törədənlərin cəzasını artırdı


Digərləri 23 May 2018 17:13:00 178 0

Məhkəmə "Bulaq" restoranında silahlı insident törədənlərin cəzasını artırdı

Birinci instansiya məhkəməsinin hökmündən verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Apellyasiya Məhkəməsində Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Fuad Əsgərov, Samir Allahyarov və digərləri barələrində birinci instansiya məhkəməsinin hökmündən verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə qərarı elan olunub. Qərara görə, prokurorun protesti təmin edilib. Məhkəmənin qərarı ilə təqsirləndirilən Samir Allahyarovun cəzası 10 ildən 15 ilə, Fuad Əsgərovun cəzası 8 ildən 10 ilə, Müzəffər Cəfərovun cəzası 4 ildən 4 il 6 aya, Süleyman Abdullayevin cəzası 4 ildən 7 ilədək artırılıb. Digər təqsirləndirilən Hüseyn Hüseynovun 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib.