Məşhur mağazanın sabiq əməkdaşlarının cəzaları AÇIQLANDI


Digərləri 23 May 2018 17:05:00 252 0

Məşhur mağazanın sabiq əməkdaşlarının cəzaları AÇIQLANDI

Bakı Ağır Cinayətlər Məhkəməsində bir qrup şəxs halında özgə əmlakını mənimsəməkdə təqsirləndirilən İbrahim İbrahimov, Zəhra Mavlina, Zaur Novruzov, Gültəkin Bünyadova və Elvina Qafarovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə cəza təyin edilib. Onların heç biri həbs edilməyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin hamısı Bakıda fəaliyyət göstərən "Zara" mağazalar şəbəkəsinin "Nargiz Mall" Ticarət Mərkəzində yerləşən şöbəsinin əməkdaşları olub. Həmin şəxslər mağazada müxtəlif vəzifələrdə çalışıblar.