Real-ın kapitanı Barcelona-ya söz atdı


İdman 23 May 2018 17:09:00 325 0

Real-ın kapitanı  Barcelona-ya söz atdı

Real-ın kapitanı Serxio Ramos əzəli rəqibləri Barcelona-ya söz atıb. Goal.az xəbər verir ki, təcrübəli müdafiəçi komandasının Çempionlar liqasında potensial qələbə ilə katalonların "Qızıl dublu"nu ikinci plana keçirəcəyinə işarə vurub.

"Barcelona mövsümü əla keçirdi. Onlar hər iki titula (La Liqada çempionluq və ölkə kuboku) tam layiq idi. Amma prinsipial rəqib Çempionlar liqasını qazanırsa, vəziyyət dəyişir. Onların uğurunu kölgədə qoya bilərik. Final matçından öncə narahatlığa əsas yoxdur. Sadəcə meydana çıxıb ən yaxşı keyfiyyətlərimizi nümayiş etdirməliyik".

Real - Liverpool matçı mayın 26-da Kiyevin "Olimpiyski" stadionunda baş tutacaq.