Tibb müəssisəsində maarifləndirici tədbir (FOTO)


Digərləri 23 May 2018 16:34:00 252 0

Tibb müəssisəsində maarifləndirici tədbir (FOTO)

"Azərbaycan Xalq Cümhuriyyəti-100" mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Bakı. Suraxanı rayon İcra Hakimiyyəti və Prezident yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən 15 nömrəli Birləşmiş Şəhər xəstəxanasında "Azərbaycan Xalq Cümhuriyyəti-100" mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Bilik Fondundan Trend-ə verilən məlumata görə, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Həbibə Qəribova, xəstəxananın baş həkimi Akif Məmmədov, tibb müəsisəsinin əməkdaşları və media nümayəndələri iştirak ediblər. Bilik Fondunun əməkdaşı Aytən Xubanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Fondun həyata keçirdiyi “Cümhuriyyət tariximiz - qürurumuzdur” layihəsi və bu layihə çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.