Bakının məşhur ticarət mərkəzində 14 yaşlı qız yoxa çıxdı


Digərləri 23 May 2018 16:27:00 227 0

Bakının məşhur ticarət mərkəzində 14 yaşlı qız yoxa çıxdı

Bakıda 14 yaşlı qız itkin düşüb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən "Park Bulvar" ticarət mərkəzində qeydə alınıb.

2002-ci il təvəllüdlü Nuranə Abdurrahmanovanın yaxınları Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə məlumat veriblər. Onlar qızlarının sonuncu dəfə həmin ticarət mərkəzinə getdiyini və bir daha geri qayıtmadığını bildiriblər.

İtmiş qızın axtarışları davam etdirilir.