​“Pulu qayıtmayanlara” xoş xəbər VİDEO FOTO


Digərləri 23 May 2018 16:17:00 264 0

​“Pulu qayıtmayanlara” xoş xəbər  VİDEO  FOTO

ARB TV-nin "Günə doğru" verilişi ödəmə terminallarından qalığını götürə bilməyənlər üçün reportaj hazırladı.

Ölkədə ödəniş terminallarının strukturuna dəyişiklik edilir. Bundan sonra ödəniş terminallarındakı əməliyyatlar zamanı qalan qalıq pul müştəriyə veriləcək. Ancaq qalıq pulların qaytarılması nəğd şəkildə deyil kod formasında olacaq. İlkin mərhələdə qalıq pulun qaytarılması prosesi ancaq sığorta ödənişlərinin ödənilməsi zamanı baş verəcək. Sakin: "Elə olub ki, ödənişim olub 12 matat 50 qəpik, ödəmişəm 13 manat. Qalıq qayıtmayıb. Qaytarılsa, yaxşıdı".  Sakin: "18 manat ödəməliyəm, cibimdə 20 manat var. Bir də getməliyəm bir şey almalıyam ki, xırdalasınlar". Sakin: "Onsuz da, ödəyirik artıqlaması ilə. Gələn ay da ödəyəndə çıxılır".  Şahin Səmədli - Marketinq meneceri: "Deyək ki, hansısa bir müşdəri daxil olacaq ödəmə üçün provayderə. Misal üçün, 73 manat 50 qəpik borcu olacaq, amma həmin müştəri 75 manat daxil edir. Bu halda ona 1 manat 50 qəpik məbləğində kod veriləcək qəbzin üzərində". Bundan sonra təqdim edilən 14 rəqəmli kodla vətəndaş yalnız kommunal və mobil operatorların xidmətlərindən istifadə edə bilər. Prosesə isə bir neçə aydan sonra başlanacaq. İqtisadçı Rəşad Həsənov hesab edir ki, ödəniş terminallarını quraşdıran şirkətlər avadanlıqlarını qabaqcadan bu sistemə keçirməlidir. İndiki halda qalıq pulların  qaytarılması prosesini yalnız sığorta ödənişlərində tətbiq etmək heç də birmənalı qarşılanmır. Rəşad Həsənov - İqtisadçı: "Nəzərə alsaq ki, ölkədə terminallar üzrə ödəniş 2 milyarda yaxındır və burada kiçik bir rəqəmlə qalığın qaytarılmaması müşahidə olunarsa, o zaman yayınma 20 milyon manat həcmindədir". Xatırladaq ki, ölkə üzrə emanat terminallarının sayı 2100 ədəddən çoxdur. Ay ərzində bu terminallarda 6 milyon əməliyyat baş tutur. 


Xəbərə aid fotolar