Azərbaycan tədqiqat nüvə reaktorunun yaradılması ilə bağlı təkliflər hazırlayacaq


Digərləri 23 May 2018 16:04:00 252 0

Azərbaycan tədqiqat nüvə reaktorunun yaradılması ilə bağlı təkliflər hazırlayacaq

"Ölkə rəhbərliyinin qərarından və müəyyən dövrdən sonra Azərbaycan nüvə elminin inkişafı üçün tədqiqat obyektlərinin qurulmasına hazır olacaq".

Son.az xəbər verir ki, bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov deyib.

Onun sözlərinə görə, Azərbaycan bunun üçün BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) ilə birgə layihə həyata keçirir: "Bu layihə çərçivəsində biz gələcəkdə tədqiqat nüvə reaktorunun yaradılması ilə bağlı konkret təkliflər işləyəcəyik. Azərbaycan bütün sahələrdə olduğu kimi bu sahədə də dünyanın ən müasir texnologiyasının ölkəmizə gətirilməsi, kadr hazırlığının aparılması və gələcəkdə də bunun imkanlarından milli mənafeyimizə uyğun istifadə etmək istiqamətində siyasət aparır".

A.Qəribov bildirib ki, Azərbaycanda artıq nüvə texnologiyası üzrə kifayət qədər kadr potensialı formalaşıb.

Onun sözlərinə görə, Azərbaycan heç zaman hansısa hərbi və digər məqsədlər üçün nüvə enerjisi istehsal etmək məqsədi güdməyib.