Enerji Məsələlərini Tənzimləmə Agentliyi yeni vakansiya elan edib


Digərləri 23 May 2018 15:56:43 309 0

Enerji Məsələlərini Tənzimləmə Agentliyi yeni vakansiya elan edib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi yeni vakansiya elan edib.

Bakı. Azərbaycan Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi elektrik və istilik enerjisinin, habelə qazın qiymətlərinin (tariflərinin) bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması, ölkədə enerji sahəsində vahid qiymət (tarif) siyasətinin formalaşdırılması məqsədilə İqtisadi təhlil, tarif və statistika şöbəsinə aparıcı analitik vakant vəzifəsi üzrə sənəd qəbulu elan edir. Agentlikdən Trend-ə verilən məlumata görə, sənəd qəbulu 15 iyun 2018-ci il tarixinədək davam edəcək.