XƏBƏRDARLIQ! Bəzi insanlar bu günlərdə ehtiyatlı olmalıdır VİDEO FOTO


Digərləri 23 May 2018 14:55:00 258 0

XƏBƏRDARLIQ! Bəzi insanlar bu günlərdə ehtiyatlı olmalıdır  VİDEO  FOTO

İki gündür əsən külək toz qaldırır, ağacların çiçəklərini isə ətrafa yayır ki, bu ta bəzi insanlar üçün təhlükəlidir.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, son günlər allergik xəstəliklərlə bağlı həkimlərə müraciət edənlərin sayı artıb. Yuxarı tənəffüs yollarında iltihabı olan insanlar, allergiya xəstəlikləri ilə mübarizə aparanlar bu günlərdə ehtiyatlı olmalıdırlar. Həkimlər deyir havaların küləkli keçməsi və nəticədə tozun yayılması həssas insanlarda ciddi narahatlığa səbəb olur. Nahid Məhərrəmov - Terapevt: "Bronxlarda spazm yaranır, ondan rahatsız olur, nəfəs ala bilmir. Bəzən olur, insan deyir ki, mənə soyuq dəyib. Burnu axır. Amma bu, sırf həmin o toz dənəciklərinin insan orqanizminə etdiyi təsirdən ibarətdir. Allergiyanın verdiyi təsirdir". Ekoloqların sözlərinə görə, yayılan ağ cisimlər çinarın tozanağıdır. Pambığa bənzər bu tozlar barıtla müqayisə olunur. Telman Zeynalov - Ekoloq: "Ağ rəngdə pambığa oxşayır. Çinarın tumlarıdır bunlar. Başqa yerdə torpağa düşəndə orada çinar bitir. O pambıq barıt kimidir. Bir balaca ora alov düşəndə barıt kimi yanıb partlayırlar".  Ekoloqlar ağac tozlarının vaxtında təmizləməklə problemin önləməyin mümkün olduğunu deyirlər. Həkimlərsə tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərin ağac tozlarından qorunmasını vacib sayırlar. Nahid Məhərrəmov - Terapevt: "Yaxşı olardı ki, respiratorlardan istifadə etsinlər. Sadə dildə izah etsək, hava filtirdən keçəndə toz allergenlər insan orqanizminə təsir etmir. Sırf allergiya ilə, bronx spazmla müraciət edənlərin sayı artıb.  Bundan əlavə, qaşınması olanlar, nəfəsalmada çətinlik çəkən, bronxospazması olanlar tozlu yerlərdən uzaq durmalıdırlar.


Xəbərə aid foto