Azərbaycanda aksiz markasız araqların realizə edilməsinin qarşısı alınıb


Digərləri 23 May 2018 14:53:00 236 0

Azərbaycanda aksiz markasız araqların realizə edilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsinin əməkdaşları aksiz markasız araqların realizə edilməsinin qarşısını alıblar.

Bakı. Tovuz Gömrük İdarəsinin əməkdaşları aksiz markasız araqların realizə edilməsinin qarşısını alıblar. DGK-dan Trend-ə verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Bakı şəhəri istiqamətində hərəkət edən "Setra S215HD" markalı sərnişin avtobusu Tovuz rayonunun avtovağzal ərazisində saxlanılıb. Avtobusun yük yerinə baxış zamanı oradakı üç karton qutuda Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan araqların olduğu müəyyən edilib.