İki futzalçı 10, biri isə 3 oyunluq cəzalandırıldı


İdman 23 May 2018 14:44:00 250 0

İki futzalçı 10, biri isə 3 oyunluq cəzalandırıldı

AFFA İntizam Komitəsi "Uğur" klubunun iki futzalçısını 10 oyunluq cəzalandırıb. bunlar Mahsen Geşani və Rza Əmonidir.

Hər iki oyunçu Azərbaycan Kubokunun final oyununda "Marafon Futsal"la qarşılaşmada etdikləri qeyri-etik hərəkətlərə görə cəzaya məruz qalıb.

Onlar sözügedən matçda hakimlər briqadasını təhqir etməklə yanaşı, hakimə və rəqib oyunçuya qarşı fiziki təzyiq göstəriblər. M.Geşani və R.Əmoni daha sonra qırmızı vərəqə alaraq meydandan qovulublar.

"Marafon Futsal"ın üzvü Seymur məmmədov da cəzadan yaxa qurtara bilməyib. O, oyundan sonra rəqibi təhqir etdiyinə görə 3 oyun cəzalanıb.

Qeyd edək ki, "Uğur" komandası həlledici görüşdə "Marafon Futsal"a 6:9 hesabı ilə məğlub olub.