DİN: Külli miqdarda narkovasitələr aşkar edilərək götürülüb


Digərləri 23 May 2018 14:48:00 195 0

DİN: Külli miqdarda narkovasitələr aşkar edilərək götürülüb

Narkotiklərlə mübarizə istiqamətində keçirilən tədbirlər nəticəsində külli miqdarda narkovasitələr aşkar edilərək götürülüb

Bakı. Polis əməkdaşlarının narkotiklərlə mübarizə istiqamətində mayın 22-də keçirdikləri tədbirlər nəticəsində külli miqdarda narkovasitə, həmçinin xeyli sayda kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb. DİN-dən Trend-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Ağababa Abbasovdan 430 qram marixuana aşkar edilib. Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağtala kənd sakini Əlövsət Cəbiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 109 ədəd çətənə kolu aşkar edilərək götürülüb.