Bakıda avtobusda sərnişinin telefonunu oğurlayan şəxs tutuldu


Digərləri 23 May 2018 14:24:53 229 0

Bakıda avtobusda sərnişinin telefonunu oğurlayan şəxs tutuldu

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

Bakı. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs yaxalanıb. DİN-dən Trend-ə verilən məlumata görə, mayın 22-də saat 16 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində xidmətdə olan 19-cu Polis Şöbəsinin əməkdaşları “Daewoo” markalı sərnişin avtobusunda sərnişinlərin birinin cibindən mobil telefonunu oğurlayıb dayanacaqda düşərək aradan çıxmaq istəyən şəxsi “isti izlər”lə yaxalayıblar.