DİQQƏT! Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır


Digərləri 23 May 2018 14:12:00 225 0

DİQQƏT! Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 24-ü səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Bakı. Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 24-ü səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması 24 may axşam saatlarınadək qüvvədə olacaq.