Azərbaycan Kubokunun 10-cu sahibi müəyyənləşib


İdman 23 May 2018 14:08:00 285 0

Azərbaycan Kubokunun 10-cu sahibi müəyyənləşib

Futzal üzrə Azərbaycan kubokunda 2017/2018-ci il mövsümünə yekun vurulub. Goal.az xəbər verir ki, “Marafon Futsal” həlledici oyunda qalib gəlməklə adını kuboku qazanan komandalar sırasına daxil etdi. Əvvəlki 23 kubok mövsümündə 9 komanda yarışın qalibi olub. “Marafon Futsal” kubokun 10-cu sahibi kimi tarixə düşüb.

Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 6 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17) kuboku başı üzərinə qaldırıb. Araz” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub.

Digər kubok sahiblərindən EKOL üç (2010/11, 2011/12, 2015/16), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərnattyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Üç komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15 mövsümündə kuboku qazanıb.
Qeyd edək ki, ötən mövsümün “ABU Arena”da keçirilən finalında Yüksək Liqa təmsilçisi “Neftçi” Birinci Liqada yarışan “Baku Fire” üzərində 7:5 hesabı ilə qalib gəlib.

Azərbaycan kubokunu 

Mövsüm Kubokun sahibi


1994/95 “Neftçi”

1995/96 “Neftçi”

1996/97 “Avtomobilçi”

1997/98 “Avtomobilçi”

1998/99 “Nabspor”

1999/00 “Azərneftyanacaq”

2000/01 “Azərneftyanacaq”

2001/02 “Gömrükçü”

2002/03 “Gömrükçü”

2003/04 “Turan” AİR

2004/05 “Araz”

2005/06 “Araz”

2006/07 “Araz”

2007/08 “Araz”

2008/09 “Araz”

2009/10 “Neftçi” İSM

2010/11 EKOL

2011/12 EKOL

2012/13 “Neftçi” İSM

2013/14 “Neftçi” İSM

2014/15 “Fener” FK

2015/16 EKOL

2016/17 “Neftçi” İK

2017/18 “Marafon Futsal”