Ronaldo: "Finalda Manchester United-ə qarşı oynamağa üstünlük verərdim"


İdman 23 May 2018 13:52:00 322 0

Ronaldo: "Finalda Manchester United-ə qarşı oynamağa üstünlük verərdim"

Real-ın hücumçusu Kriştiau Ronaldo mayın 26-da keçiriləcək Çempionlar Liqasının finalı haqqında fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, portuqaliyalı ulduz Liverpool-un finala layiq rəqib olduğunu qeyd edib.

"Final həmişə xüsusi hadisədir Həlledici oyunda Manchester United-ə qarşı oynamağa üstünlük verərdim. Amma Liverpool da hörmətə layiqdir. İşimiz asan olmayacaq. Rəqib finalda yer almağı haqq edir.

Onlar mənə 3-4 il öncəki Real-ı xatırladır. Liverpool-un hücum triosu çox sürətli və güclüdür. Lakin Real daha yaxşıdır. Biz rəqibə hörmət etmək şərtilə öz səviyyəmizdə oynamalıyıq".