UNEC 3 saylı tədris korpusunda aparılacaq təmirlə bağlı məsələyə aydınlıq gətirib (FOTO)


Digərləri 23 May 2018 13:51:00 280 0

UNEC 3 saylı tədris korpusunda aparılacaq təmirlə bağlı məsələyə aydınlıq gətirib (FOTO)

UNEC-in Bakı şəhəri Murtuza Muxtarov küçəsi 194 ünvanında yerləşən 3 saylı tədris korpusunun yenidən inşası nəzərdə tutulur.

Bakı. UNEC-in Bakı şəhəri Murtuza Muxtarov küçəsi 194 ünvanında yerləşən 3 saylı tədris korpusunun yenidən inşası nəzərdə tutulur. Universitetdən Trend-ə verilən məlumatda deyilir: "Mətbuatda yayılan yanlış informasiyaları nəzərə alaraq bildirmək istəyirik ki, XIX əsrə aid olduğu və Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi iddia edilən bina 1932-1934-cü illərdə inşa olunub. Uzun illər ərzində isə binada dəfələrlə tikinti işləri aparılaraq, müxtəlif dəyişikliklər edilib, köməkçi binalar tikilib. UNEC olaraq bildirmək istəyirik ki, tariximizi sevir və onunla qürur duyuruq. UNEC-də həyata keçirilən bütün layihələr kimi, yeni tədris binasının layihələndirilməsi də tam qanunauyğun aparılır və bununla bağlı dövlət qurumlarına müayinə ilə bağlı müraciət edilib, müvafiq ekspertiza işləri aparılıb". UNEC təmirlə bağlı dövlət qurumlarından alınan rəylərin əks olunduğu sənədləri göstərib: