Dələduzluq edərək polisdən gizlənən şəxs tutulub


Digərləri 23 May 2018 13:41:00 228 0

Dələduzluq edərək polisdən gizlənən şəxs tutulub

Qax sakini dələduzluq üstündə tutuldu

Bakı. Bu ilin yanvarın 6-da Murad Eyvazov Sumqayıt Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək Elbrus adlı şəxsin ondan ərzaq məhsulları sifariş edib Qax rayonuna göndərilməsini istəyərək, həmin məhsulların pulunu verəcəyinə inandırıb, etibarından sui-istifadə edərək ona 2500 manat dəyərində maddi ziyan vurduğunu bildirib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə məsələ aidiyyatı üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib, həmin şəxsin əvvəllər də məhkum olunmuş və cinayət məcəlləsinin müvafiq maddələri ilə barəsində axtarış elan olunmuş Bakı şəhər sakini Babək Həsənov olduğu müəyyən edilib.