XƏBƏRDARLIQ: Temperatur 7 dərəcə enəcək


Digərləri 23 May 2018 13:23:00 221 0

XƏBƏRDARLIQ: Temperatur 7 dərəcə enəcək

ETSN rayonlarda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Bakı. ETSN rayonlarda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 25-i gündüz əsasən qərb rayonlarında, mayın 26-sı gündüzdən 27-si axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.