Yaponiya Azərbaycandan vərəmum idxal etmək istəyir


İqtisadiyyat 23 May 2018 12:47:50 290 0

Yaponiya Azərbaycandan vərəmum idxal etmək istəyir

Yerli arıçılar yapon iş adamlarının tələbatını ödəmək imkanında deyillər

Yaponiyanın iş adamlarıAzərbaycandan böyük həcmdə arıçılıq məhsulu sayılan vərəmum idxal etməkistəyirlər.

Bunu "Report"a açıqlamasında Azərbaycan Arıçıları Assosasiyasının (AAA) sədri Bahəddin Həsrətov deyib.

"Yaponların Azərbaycana səfəri gələn ayınəvvəlində olacaq. Onların vərəmuma tələbatı böyükdür, lakin Azərbaycan bu tələbatı qarşılamaq imkanında deyil.Biz illik 50-60 kq-dan başlayıb, daha sonra ixrac həcminiartırmaq istəyirik", - B.Həsrətov qeyd edib.

Assosiasiya rəhbəri onu da bildirib ki, Azərbaycanda arıçılığın inkişafı ilə bağlı problemlər qalır: "Fermerlər üçün maarifləndirmə kursları təşkil olunmalıdır. Arıçılaryeni texnologiyalardan istifadə etmələri üçün təlimlərə cəlb edilməlidir.Bundan başqa, maliyyə resurslarına çıxış çətindir. Ümumiyyətlə, çatışmazlıqlar çoxdur".

B.Həsrətov arıçılara veriləcək subsidiya ilə bağlı da danışıb: "Bununla bağlı yekun qərar var, sadəcə icrasına başlanılmalıdır. Yəgin ki, arıçılara ilin sonuna qədər subsidiya veriləcək. Növbəti ildən isə bu iş sistemli şəkildə, lazım olan anda həyata keçiriləcək".