Bakıda gecə vaxtı banka hücum FOTO


Kriminal 23 May 2018 12:55:00 379 0

Bakıda gecə vaxtı banka hücum  FOTO

Bakıda banklardan birinin filialının giriş qapısını sındıraraq oğurluq etmək istəyən şəxs tutulub.

DİN-dən Son.az-a verilən məlumata görə, gecə saatlarında Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan bankın filialından Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. İdarənin əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və bankın giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəxs hadisə yerində saxlanılaraq aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə təhvil verilib.


Xəbərə aid fotolar