Xaçmazda çətənə kolları yetişdirən şəxs saxlanılıb (FOTO)


Digərləri 23 May 2018 12:50:00 226 0

Xaçmazda çətənə kolları yetişdirən şəxs saxlanılıb (FOTO)

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Bakı. Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, mayın 22-də Xaçmaz RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini U.Ağayevaya məxsuz evdən və həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilmiş küllü miqdarda narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.