Şagirdlərin məktəbə telefonla gəlməsinin qarşısını almaq olmur, çünki...


Digərləri 23 May 2018 12:53:00 283 0

Şagirdlərin məktəbə telefonla gəlməsinin qarşısını almaq olmur, çünki...

Bu gün orta məktəblərə verilən internet şəbəkəsi filtrdən keçən şəbəkədir.

Bakı. İlhamə İsabalayeva – “Bu gün orta məktəblərə verilən internet şəbəkəsi filtrdən keçən şəbəkədir. Şagirdlər məktəb mövzularından kənar sahələr üzrə saytlara daxil ola bilmirlər. Amma gəlin razılaşaq ki, bu gün şagirdlər məktəblərə mobil telefonla gəlirlər”. Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva “Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.