“Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmipraktik konfransı keçirilib FOTO


Digərləri 23 May 2018 12:41:48 317 0

“Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmipraktik konfransı keçirilib  FOTO

Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş "Müsəlman Şərqində ilk demokratik respublika" adlı elmi-praktik konfransı keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə millət vəkilləri, QHT nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib ki, 1918-ci ilin mayında yaradılan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olub.

A.Quliyev bildirib ki, Xalq Cümhuriyyətinin yaradılması uzun illərdən sonra dövlətçilik ənənəsinin bərpası idi: "1918-ci ildə Şimali Azərbaycan Rusiyadan vahid dövlət şəklində ayrıldı. Xalq Cümhuriyyətini quranlar fədakar insanlar idi. Əgər Xalq Cümhuriyyəti olmasaydı, biz 1991-ci ildə SSRİ parçalananda Rusiyanın subyekti olacaqdıq. Biz bunu Tatarıstan və digərlərinin nümunəsində görürük. Lakin təəssüf ki, Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay oldu. Təəssüf ki, Xalq Cümhuriyyətinin süqutunun yeganə səbəbi Rusiya imperiyası olmadı, həm də daxili çəkişmələr oldu. Parlamentdə çoxsaylı qruplar, o cümlədən ermənilərin fəaliyyətini qeyd etmək lazımdır".

O, 1991-ci ildə ikinci dəfə müstəqillik qazanan Azərbaycanın müstəqilliyinin qorunmasında Heydər Əliyevin xüsusi rolu olduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

Konfransda Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunmuş film nümayiş etdirilib.