Siyavuş Novruzov abituriyentlərin intiharına görə mətbuatı günahlandırdı


Digərləri 23 May 2018 12:50:00 254 0

Siyavuş Novruzov abituriyentlərin intiharına görə mətbuatı günahlandırdı

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov ölkədə abituriyentlər, ümumiyyətlə, gənclər arasında intihar halının mətbuatda işıqlandırılmasına qarşı çıxıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisdə keçirilən dəyirmi masada S. Novruzov bildirib ki, son vaxtlar xüsusilə abituriyentlər arasında intihar hallarının baş verməsində mətbuat günahkardır.