DİN: Gənclərdə aqressiyanın əsas səbəbi xaricdən ötürülən cizgi filmləridir


Digərləri 23 May 2018 12:37:00 300 0

DİN: Gənclərdə aqressiyanın əsas səbəbi xaricdən ötürülən cizgi filmləridir

Bu gün gənclərdə aqressiyanın olmasının əsas səbəbi bizə xaricdən ötürülən cizgi filmləridir

Bakı. İlhamə İsabalayeva – “Bu gün gənclərdə aqressiyanın olmasının əsas səbəbi bizə xaricdən ötürülən cizgi filmləridir. Bu gün əsas məqsədimiz uşaqları bu cür aqressiyadan qorumaq üçün onların internet təhlükəsizliyini təmin etməkdir”. Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov “Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.