İtaliya Senatının sədri: Azərbaycan İtaliya üçün önəmli tərəfdaşdır


Digərləri 23 May 2018 12:38:00 384 0

İtaliya Senatının sədri: Azərbaycan İtaliya üçün önəmli tərəfdaşdır

İtaliya Senatının sədri Maria Elisabetta Kasellati Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə görüşüb.

Bakı. İtaliya Senatının sədri Maria Elisabetta Kasellati Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə görüşüb. Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Senatın sədrinə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ərəfəsində qəbul edildiyinə görə təşəkkürünü bildirən Məmməd Əhmədzadə bu Cümhuriyyətin müsəlman Şərqinə gətirdiyi yeniliklər və Azərbaycan tarixindəki rolu barədə məlumat verib. Diplomat Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi inkişaf yolundan, ölkəmizin əldə etdiyi nailiyyətlərdən, Azərbaycan-İtaliya strateji tərəfdaşlığından, iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqdan, parlamentlərarası əlaqələrdən, önəmli iqtisadi əməkdaşlıqdan, Cənub Qaz Dəhlizindən, habelə Heydər Əliyev Fondunun iki ölkə arasında mədəniyyət sahəsində münasibətlərin inkişafına verdiyi töhfələrdən danışıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini çatdıran İtaliya Senatının sədri Maria Elisabetta Kasellati Azərbaycanın zəngin tarixi-mədəni irsinə dərin rəğbət bəslədiyini deyib, ölkəmizin müstəqillik və inkişaf yolunda əldə etdiyi nailiyyətləri, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri, Şərq və Qərb arasında strateji körpü rolunu yüksək qiymətləndirib. Azərbaycanı İtaliya üçün önəmli tərəfdaş adlandıran Senatın sədri iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı mübadilələrin davam etdirilməsinin və birgə tədbirlərin təşkilinin önəmli olduğunu bildirib. Görüşdə, habelə regional təhlükəsizlik mövzuları, ölkəmizin multikulturalizm ənənələri və Azərbaycan-İtaliya əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin