Dəllər stansiyasının baş yolları əsaslı təmir olunur (FOTO)


Digərləri 23 May 2018 12:19:00 242 0

Dəllər stansiyasının baş yolları əsaslı təmir olunur (FOTO)

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir.

Bakı. Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, bu gündən etibarən Dəllər stansıyasının 2,2 km uzunluğunda baş yollarının əsaslı təmirinə başlanılıb. Təmir işləri 3 gün davam edəcək. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.