Boksçularımız mundial və Olimpiadanın hazırlığına başlayıb


Digərləri 23 May 2018 12:26:00 268 0

Boksçularımız mundial və Olimpiadanın hazırlığına başlayıb

Avqustda Macarıstanda keçiriləcək dünya birinciliyi və oktyabrda Argentinada baş tutacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının hazırlığı başlayıb.

Bakı. Gənc oğlan boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib. Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, Avropa birinciliyindən sonra istirahətdə olan komandamız Sumqayıtda bir araya gəlib.