Kriptovalyutalar sahəsindəki rezidentlərə GÜZƏŞTLƏR ediləcək


Digərləri 23 May 2018 12:10:00 237 0

Kriptovalyutalar sahəsindəki rezidentlərə GÜZƏŞTLƏR ediləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkında "Blockchain" texnologiyasına dair infosessiya keçirilib.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli parkın fəaliyyəti, həmçinin "Blockchain" texnologiyasının əhəmiyyəti və onun Azərbaycanda müxtəlif sahələrdə tətbiqi barədə iştirakçılara məlumat verib.

T.Kərimli bildirib ki, Yüksək Texnologiyalar Parkı "Blockchain" texnologiyasının tətbiqi istiqamətində layihələrin reallaşdırılmasına köməklik göstərəcək.

O qeyd edib ki, Yüksək Texnologiyalar Parkının Pirallahıda olan mövcud infrastrukturundan istifadə edərək "Blockchain", kriptovalyutalar və kripto-mədənçilik sahəsində fəaliyyət göstərən rezidentlərə bir sıra güzəştlərin edilməsi də nəzərdə tutulur.

Daha sonra Azərbaycan "Blockchain" Cəmiyyətinin həmtəsisçisi, "Waves" şirkətinin regional meneceri Orxan Əhmədov "Blockchain" texnologiyası barədə ətraflı təqdimatla çıxış edib.