Parisdə etirazlar genişlənir: “Makron, Fransa satılmır”


Dünya 23 May 2018 12:13:00 255 0

Parisdə etirazlar genişlənir: “Makron, Fransa satılmır”

Parisdə Fransa hökumətinin sosial siyasətinə etiraz olaraq yürüş keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, yürüş iştirakçıları iş yerlərinin ixtisarı, əmək haqlarının indeksləşdirilməsinin dayandırılması və ali məktəblərə qəbulun məhdudlaşdırılmasına etiraz ediblər.

Paytaxtın mərkəzi küçələri ilə hərəkət edən yürüş dinc şəraitdə davam edib. İştirakçılar, "Makron, Fransa satılmır", "Hakimiyyət cəmiyyətin qatilidir" kimi şüarlar səsləndiriblər.

Parislə yanaşı etiraz aksiyaları Lion, Tuluza, Bordo və Fransanın digər şəhərlərində də baş verib.

Qeyd edək ki, Fransada bütün ölkə üzrə etirazlara 139 min insan qatılıb. Parisdə hökumətə qarşı etirazlarda 100-dən çox tələbə saxlanılıb.